Azərbaycan.media xəbər verir ki, Bakı Ağ Şəhər Bulvarı ərazisində bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerinə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Dalğıcların operativ müdaxiləsi nəticəsində 1993-cü il təvəllüdlü N.Əlizadə Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının iştirakı ilə xilas edilərək aidiyyəti quruma təhvil verilib.
