Yasamaldakı bir neçə küçədə qaz verilişi dayandırılacaq

Azərbaycan.media xəbər verir ki, sabah Yasamal rayonunun bir sıra küçələrində qaz təchizatı müvəqqəti olaraq kəsiləcək.

“Azəriqaz” İB-dən verilən məlumata görə, rayonda aşkar edilmiş sızmanın aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı 8 dekabr 2025-ci il saat 10:00-dan etibarən A.M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7-ci, 8-ci, 9-cu Sallaqxana küçələrində qaz verilişi dayandırılacaq.