Azərbaycan.media xəbər verir ki, dekabrın 6-na keçən gecə Rusiya qoşunları Kiyev vilayətinə hava hücumu həyata keçirib. Modern.az Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, gecə boyu Fastov, Vışqorod və Buça rayonları Rusiya tərəfindən güclü atəşə məruz qalıb. Üç nəfər yaralanıb.
Fastovda bir sıra yanğınlar baş verib, dəmiryol vağzalı və avtobazaya ziyan dəyib. Novi Petrovtsi kəndində pilotsuz uçan aparatların qalıqları 5500 kvadratmetrlik anbarda yanğına səbəb olub, həmçinin kənddə 3 yük maşını yanıb, bir yaşayış binası dağılıb və daha 6 ev zərər görüb.
Buça rayonunun Nejloviçi kəndində də fərdi yaşayış evi yanaraq zərər görüb.
Hücumun nəticələrinin aradan qaldırılması və dağıntıların bərpası üçün səylər davam etdirilir.
