Azərbaycan.media xəbər verir ki, amerikalı memar, dizayner və heykəltəraş Frank Qeri vəfat edib. “The New York Times”ın məlumatına görə, o, Kaliforniyanın Santa Monika şəhərindəki evində respirator xəstəlikdən sonra 96 yaşında dünyasını dəyişib.
Frank Qeri müasir memarlıq dünyasının ən tanınmış simalarından biri olub. Onun əsərlərinə Los-Ancelesdəki “Walt Disney” konsert zalı, Parisdəki “Louis Vuitton” İncəsənət Fondu, Bilbaodakı “Quggenheim” Muzeyi, Praqadakı “Rəqs evi” və digər onlarla məşhur binalar daxildir.
