Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti dekabrın 7-də gözlənilən hava proqnozunu açıqlayıb.
Bakı və Abşeron yarımadası:
Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gündüz bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
Temperatur gecə 8-11, gündüz 12-14 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 75-85 % səviyyəsində olacaq.
Rayonlarda:
Hava əsasən yağmursuz keçəcək, lakin səhər qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə yağıntı leysan xarakterli, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Temperatur gecə 2-7, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq.
