Azərbaycan.media xəbər verir ki, Bakının Nizami rayonunda yanğın baş verib.
Hurriyyet.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi bildirir ki, ümumi sahəsi 400 m² olan ikimərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən qarajda BMV və “Volksvaqen” markalı minik avtomobillərinin salon hissəsi yanıb.
Yanğın zamanı avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər avtomobillər və otel binası yanğından qorunub. Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.
