Azərbaycan.media xəbər verir ki, Xalq artisti Alim Qasımov bir neçə gün əvvəl qızı, Əməkdar artist Fərqanə Qasımova ilə birgə Heydər Əliyev Sarayında təqdim etdikləri “Leyli və Məcnun” əsəri əsasında hazırlanmış “Şəbi Hicran” muğam kompozisiyasından danışıb.
“Xəzər axşamı” verilişində qonaq olan sənətçi tamaşa zamanı texniki problem yaşadıqlarını bildirib:
“Tamaşaçılar dedi ki, ikinci dəfə təqdim etdiyimiz ‘Leyli və Məcnun’ birincidən daha yaxşı oldu. Baxmayaraq ki, mikrofon xarab oldu. Fərqanə xanım oxuyanda gördüm ki, səs gəlmir. Mən də zalda əyləşən qonaqlara dedim ki, camaat, mikrofonumuz işləmir. Bir alqışlar gəldi ki… Əslində deyəcəkdim ki, bağışlayın, ya bunu düzəldək, ya da konsert bu gün olmasın. Amma alqışlar məcbur etdi ki, açılışaq. Konserti izləyənlər bəyəndi, Fərqanə əl mikrafonu ilə oxudu”, – deyə Alim Qasımov bildirib.
Qeyd edək ki, Alim Qasımov və Fərqanə Qasımova ilk dəfə bir neçə il əvvəl “Leyli və Məcnun” operasını yeni quruluşda izləyicilərə təqdim etmişdilər.
