Azərbaycan.media xəbər verir ki, “yadplanetli gəmi” adlandırılan ulduzlararası obyekt 3I/ATLAS dünyanın bir çox ölkəsində çaxnaşma doğurub.
Obyektin qeyri-adi davranışı beynəlxalq miqyasda ciddi diqqət çəkib. “Daily Star” yazır ki, bir sıra dövlətlər planetar müdafiə üzrə genişmiqyaslı təlimlərə başlayıblar. Nəşrin iddiasına görə, bu addım hökumətlərin 3I/ATLAS obyektinin gözlənilməz hərəkətlərinə hazırlaşdığını göstərir.
Məqalədə qeyd olunur ki, Avropa Kosmik Agentliyi planetar müdafiənin bütün elementlərini aktivləşdirib. Yaponiya sürətləndirilmiş hazırlıq təlimləri keçirib, ABŞ isə yüksək hündürlükdə orbital uçuşun izlənməsi üzrə məşqlər aparıb. Avstraliya, Cənubi Koreya və Braziliya da birgə təlimlərdə fəal iştirak edir.
Xatırladaq ki, 1 dekabrda sirli ulduzlararası obyekt Yerə yaxınlaşarkən davranışında dəyişiklik müşahidə olunub. Müşahidələr 3I/ATLAS-ın altı gün ərzində parlaqlığının üçdə bir azaldığını göstərib.
