UEFA Ukrayna Futbol Assosiasiyasına cərimə kəsib

Azərbaycan.media xəbər verir ki, UEFA Ukrayna Futbol Assosiasiyasını ümumilikdə 34 min avro məbləğində cərimələyib.

UEFA-nın mətbuat xidməti bildirib ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukrayna–İslandiya oyununda azarkeşlərdən birinin üzərində “Russia is a terrorist state” yazılmış banner açması səbəbilə qurum tərəfindən 15 min avro cərimə tətbiq olunub. Məlumatda bu bannerin idman tədbirində qəbuledilməz olduğu vurğulanıb.

Bundan əlavə, azarkeşlərin meydana daxil olmalarına görə Ukrayna Futbol Assosiasiyası 10 min avro, pirotexniki vasitələrdən istifadəyə görə isə 9 min avro cərimə ödəyəcək.