İsveç inkişaf yardımını dayandırıb vəsaitləri Ukraynaya yönəldir

Azərbaycan.media xəbər verir ki, İsveç hökuməti bir sıra ölkələrdə həyata keçirilən inkişaf proqramlarına ayırdığı maliyyəni dayandıraraq bu vəsaitləri Ukraynanın dəstəyinə yönəltmək qərarına gəlib.

Bu barədə məlumat İsveç Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb. Bildirilib ki, Zimbabve, Tanzaniya, Mozambik, Liberiya və Boliviyada inkişaf məqsədli yardımlar mərhələli şəkildə dayandırılacaq. Nazirlik bu addımın Ukraynanın prioritetləşdirilməsi məqsədi daşıdığını vurğulayıb.

Vəsaitlərin yenidən bölüşdürülməsi nəticəsində gələn il Ukraynaya təxminən 1 milyard dollarlıq yardımın göndərilməsi gözlənilir.

Təşəbbüs çərçivəsində İsveç həmçinin Zimbabve, Boliviya və Liberiyadakı səfirliklərini bağlamaq qərarını da açıqlayıb.