Azərbaycan.media xəbər verir ki, ABŞ bundan sonra qlobal nizamın bütün yükünü öz üzərinə götürməyəcək və regional müdafiə üçün digər ölkələrin daha çox məsuliyyət daşımasını istəyir. Bu barədə Ağ Evin açıqladığı yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında bildirilib.
Sənəddə qeyd olunur ki, “ABŞ-nin Atlas kimi bütün dünya nizamını öz çiyinlərində daşıdığı günlər artıq geridə qalıb”. Strategiyaya görə, Vaşinqton hesab edir ki, müttəfiq və tərəfdaşlar arasında öz bölgələrinin təhlükəsizliyi üçün əsas məsuliyyəti üzərinə götürə biləcək onlarla inkişaf etmiş ölkə mövcuddur və onlar kollektiv müdafiəyə daha çox sərmayə qoymalıdırlar.
Bununla yanaşı, ABŞ məsuliyyət bölgüsünə rəhbərlik etməyi və bu səylərin maliyyələşdirilməsində iştirak etməyi planlaşdırır.
