Azərbaycan.media xəbər verir ki, Ukrayna Baş Qərargahı müharibənin 1381-ci günü üçün Rusiya ordusunun itkiləri barədə son məlumatı açıqlayıb.
Rəsmi hesabata əsasən, Rusiya indiyədək 1 178 610 hərbçi, 11 396 tank, 23 681 zirehli döyüş maşını, 34 809 artilleriya sistemi, 1 558 reaktiv yaylım atəş sistemi, 1 253 hava hücumundan müdafiə sistemi, 431 hərbi təyyarə, 347 helikopter itirib.
Bundan başqa, Rusiya ordusu 68 907 ədəd avtomobil texnikisi, 86 900 pilotsuz uçuş aparatı, 4 024 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq və 4 014 ədəd xüsusi avadanlıq itirib.
