Qroznıda güclü partlayış: “Qroznı-Siti” biznes kompleksi zərbə dalğasından dağılıb

Azərbaycan.media xəbər verir ki, Çeçenistanın paytaxtı Qroznı şəhərində, “Qroznı-Siti” biznes kompleksində güclü partlayış baş verib. Zərbə dalğası bir neçə mərtəbənin fasadını dağıdıb, hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyirlər.

Qroznı da daxil olmaqla, Şimali Qafqazın aeroportları “Kovyor” (rus dilində – xalça, örtük) rejiminə keçirilib. Yerli mənbələr partlayışın Ukrayna dronunun hücumu nəticəsində baş verə biləcəyini bildirirlər.