Azərbaycan.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq öz planını həyata keçirməyin son mərhələsinə yaxınlaşır.
“Joqovurd” qəzeti yazır ki, planın son detalı II Qareginin həbsidir. Mənbələrin bildirdiyinə görə, arxiyepiskop Arşak həbs olunduqdan sonra Paşinyan bütün ermənilərin katolikosunun həbsinə keçəcək, çünki II Qaregin heç bir güzəştə getmək istəmir.
Hökumətyönlü mənbələr qeyd edir ki, hüquq-mühafizə orqanları bu istiqamətdə artıq işləyir və yaxın vaxtlarda katolikosun həbs edilməsi gözlənilir. Nəşrə görə, əsas məsələ katolikosun istefa mətni olacaq. Onun həqiqi və ya saxta olub-olmaması əhəmiyyət daşımır; vacib olan budur ki, II Qareginin istefası sənədində əks olunsun və bundan sonra katolikosun vəzifədən uzaqlaşdırılması prosesi başlansın
