2026 dünya çempionatının püşkü bu gün atılacaq – AFFA prezidenti Vaşinqtonda

Azərbaycan.media xəbər verir ki, bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda 2026-cı il futbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək. Tədbirdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf də iştirak edəcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə təşkil olunacaq.