Azərbaycan.media xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,04 ABŞ dolları və ya 0,06% azalaraq 66,50 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə əsasən “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 64,36 ABŞ dolları səviyyəsində formalaşıb.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,05% azalaraq 64,51 ABŞ dollarına düşüb.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu marka neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilir.
