Azərbaycan.media xəbər verir ki, Bakıda hərbçi, Xəzər rayonundakı 120 nömrəli məktəbin hərbi rəhbəri vəzifəsində çalışan polkovnik-leytenant Azər Sadıqov vəfat edib.
Modern.az-ın məlumatına görə, A.Sadıqov dünən qəfildən dünyasını dəyişib. Onun yüksək qan təzyiqi səbəbindən həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, mərhum hərbçi 1-ci Qarabağ müharibəsinin veteranı olub.
