Azərbaycanın bəzi bölgələrində leysan və duman müşahidə olunur

Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

Xidmətin məlumatına görə, ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı belədir:

  • Lerik – 9 mm

  • Bakı və Abşeron yarımadası – 7 mm

  • Şəmkir və Quba – 4 mm

  • Qobustan – 3 mm

  • Astara, Şabran və Lənkəran – 2 mm

  • Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ordubad, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Qusar, Beyləqan, Sabirabad, Göyçay, Neftçala, Yardımlı – 1 mm.

Eyni zamanda, Naxçıvan, Şərur, Sədərək, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Şamaxı, Altıağac, Quba, Qusar, Qrız, Xaltan və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi təxminən 500 metrədək məhdudlaşıb.