Azərbaycan.media xəbər verir ki, 2026-cı ilin mart ayı Azərbaycan vətəndaşları üçün son illərin ən uzun istirahət dövrü olacaq. Buna gələn ilin Novruz və Ramazan bayramlarının eyni günlərə təsadüf etməsi, həftəsonları və kompensasiya mexanizminin işə düşməsi səbəb olub.
Mart ayı 31 gündən ibarətdir və onların 9-u şənbə-bazar günlərinə düşür: 1, 7, 8, 14, 15, 21, 22, 28, 29 mart istirahət günləri hesab olunur.
8 Mart – Beynəlxalq Qadınlar Günü gələn il bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq 9 mart qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin qərarına əsasən, 20–24 mart Novruz bayramıdır. Martın 21-i şənbə, 22-si bazar gününə düşdüyü üçün Novruzla bağlı əlavə istirahət günləri 25 və 26 mart tarixləridir.
Ramazan bayramı da 20 və 21 mart günlərinə təsadüf etdiyindən, bayram və Novruz günlərinin üst-üstə düşməsi səbəbilə kompensasiya mexanizmi tətbiq edilir və 27, 28, 29 və 30 mart da qeyri-iş günü kimi müəyyən olunur.
Beləliklə, ardıcıl 11 gün — 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart iş olmayacaq. İş prosesi yalnız 31 martda bərpa ediləcək.
Nəticə etibarilə, 2026-cı ilin martında cəmi 14 iş günü, 17 istirahət günü olacaq ki, bu da ayı həm təqvim, həm də istirahət baxımından ən yadda qalan dövrlərdən birinə çevirir.
Xatırladaq ki, 2025-ci ilin martında rəsmi qeyri-iş günlərinin sayı 8 idi: Qadınlar Günü, 20–24 mart Novruz bayramı və ayın sonunda Ramazan bayramı günləri.
