Moskva–Dubay reysi Bakıya təcili endi — Sərnişinin səhhəti pisləşdi

Azərbaycan.media xəbər verir ki, 5 dekabr tarixində “FlyDubai” aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin komandiri Moskva–Dubay marşrutu üzrə uçuş zamanı sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib.

Aeroportun Mətbuat Xidmətindən bildirilib ki, təyyarə yerli vaxtla saat 05:30-da Bakıya uğurla eniş edib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq standartlara uyğun şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyinin və sərnişin rifahının qorunmasını yüksək səviyyədə davam etdirir.