Bakıda bu gecə yollarda sıxlıq — NİİM problemli istiqamətləri açıqladı

Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda hazırda müşahidə olunan sıxlıqla bağlı məlumat yayıb.

NİİM-in açıqlamasına görə, saat 00:11-ə olan vəziyyət belədir:

  1. Heydər Əliyev prospekti – əsas yol, mərkəz istiqamətində;

  2. Heydər Əliyev prospekti – köməkçi yol, mərkəz istiqamətində;

  3. Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;

  4. Bakıxanov küçəsi – Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika” dairəsi istiqamətinə doğru;

  5. Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;

  6. Babək prospekti – mərkəz istiqamətində;

  7. Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyasına doğru;

  8. Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

  9. 28 May küçəsi – Puşkin küçəsindən Rəşid Behbudov küçəsinədək olan hissə;

  10. Dilarə Əliyeva küçəsi – Puşkin küçəsindən Rəşid Behbudov küçəsinə qədər olan hissə;

  11. Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

  12. 1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;

  13. Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

  14. Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi istiqamətində;

  15. 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində.

Yollarda olan sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.