İsrailin 2026-cı ildə “Avroviziya” iştirakına rəsmi icazə verilib

Azərbaycan.media xəbər verir ki, İsrailin 2026-cı ildə “Avroviziya” mahnı müsabiqəsində iştirakına rəsmi icazə verilib. Bu qərar səsvermədən sonra qəbul olunub.

Lakin Niderland, İspaniya, İrlandiya və Sloveniya ölkələri İsrailin müsabiqəyə buraxılmasına etiraz olaraq gələn il yarışmada iştirak etməyəcəklərini açıqlayıblar.

Qeyd edək ki, Rusiya da Ukraynada müharibəyə başladıqdan sonra “Avroviziya”dan kənarlaşdırılıb.