Azərbaycan.media xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılov uşaqlıq arzusu barədə maraqlı açıqlama verib. Sənətçi bu fikirləri “Qonaqcanlı” verilişində səsləndirib.
Hacı İsmayılov bildirib ki, uşaq yaşlarından müğənni olmaq istəyib:
“Uşaq vaxtı oxumağı sevirdim, həvəsim vardı, səsim də yaxşı idi. Fikirləşdim ki, gedim xor kollektivinə yazılım, amma məni xor əvəzinə tar dərslərinə göndərdilər. Tar oxumadım, amma oxumağa həvəsim heç vaxt itməyib. İndi də səsim var”.
Xalq artisti həmçinin məşhur “Ad günü” filmində “Bəri bax” mahnısını özünün ifa etdiyini xatırladıb.
Sənətçi zarafatla əlavə edib ki, əgər aktyor olmayıb başqa sənət seçsəydi, böyük ehtimalla müğənniliyi seçərdi.
