XI Vüqar Həşimov Memorialının iştirakçı siyahısı açıqlanıb

Azərbaycan.media xəbər verir ki, Xankəndidə keçiriləcək XI Vüqar Həşimov Memorialının iştirakçıları müəyyənləşib.

Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits üzrə yarışacaq.

Turnirdə Yan Nepomnyaşi (FİDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), həmçinin Azərbaycan təmsilçiləri Rauf Məmmədov və Aydın Süleymanlı iki dövrəlik yarış formatında mübarizə aparacaqlar.

Qeyd edək ki, dekabrın 9-dan 11-dək keçiriləcək Memorial ilk dəfə 2014-cü ildə təşkil olunub və 2023-cü ildən etibarən FİDE dünya çempionatının seçmə mərhələsi statusunu daşıyır.