Vyanada Ararat Mirzoyan və Hakan Fidan arasında qısa görüş olub

Azərbaycan.media xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada türkiyəli həmkarı Hakan Fidanla ayaqüstü görüş keçirib.

Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistan və Türkiyə XİN rəhbərlərinin qısa təması ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurasının açılış mərasimi zamanı baş tutub.