Azərbaycan.media xəbər verir ki, Niderlandın Azərbaycandakı səfiri Marianna de Yonq Milli Məclis sədrinin müavini Rafael Hüseynovla görüşüb.
“Report”un məlumatına görə, səfirliyin “X” hesabında yayılan açıqlamada bildirilib ki, görüş Azərbaycan və Niderland arasında ikitərəfli əməkdaşlıq, regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə imkanı yaradıb.
