ABŞ və Mərkəzi Asiya ölkələri TRIPP və Azərbaycan-Ermənistan sülh prosesinə maraq göstərir

Azərbaycan.media xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat ofisi bildirir ki, həm ABŞ, həm də Mərkəzi Asiya ölkələri Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP)Ermənistan-Azərbaycan arasında davamlı sülhün yaratdığı yeni imkanlara maraq göstərir.

Açıqlamada vurğulanıb ki, bu yaxınlarda C5+1 regional diplomatik platformasının 10 illik yubileyi qeyd olunub.

“Vaşinqtonda keçirilən C5+1 görüşləri zamanı biz Ermənistan ilə Azərbaycanın regional əməkdaşlıq və rifah üçün imkanları genişləndirmək səylərini vurğuladıq. Bu imkanları maksimum dərəcədə artırmaq üçün birlikdə işləmək niyyətindəyik”, – açıqlamada bildirilib.