Azərbaycan.media xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ilin indiyədək ən çox qol vuran futbolçularının siyahısını açıqlayıb.
Birinci pillədə İspaniyanın “Real” klubu və Fransa millisinin hücumçusu Kilian Mbappe qərarlaşıb. 26 yaşlı forvard cari ildə 60 qol vurub.
İkinci yerdə İngiltərə millisinin və Almaniyanın “Bavariya” klubunun futbolçusu Harri Keyn yer alıb – onun hesabında 54 qol var. İlk “üçlüyü” isə İngiltərənin “Mançester Siti” komandasında çıxış edən Norveç millisinin hücumçusu Erlinq Holann tamamlayır – 51 qol.
Qeyd edək ki, siyahı tərtib edilərkən 1 yanvar – 30 noyabr aralığında keçirilən oyunlar nəzərə alınıb.
Oxundu: 10
