Qızılın qiyməti azalıb, gümüş bahalaşıb

Azərbaycan.media xəbər verir ki, əmtəə birjalarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərinin qiyməti azalıb. Nyu-Yorkun COMEX əmtəə birjasında dekabr fyuçersləri 0,14% düşərək 4 226,65 ABŞ dollarına bərabər olub.

Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçersləri 0,25% artaraq 58,765 ABŞ dolları səviyyəsində təklif olunub.