Azərbaycan.media xəbər verir ki, Böyük Britaniya və Norveç Arktikada Rusiyaya qarşı müdafiə və kritik sualtı infrastrukturu qorumaq məqsədilə birgə donanma qurmaq barədə razılığa gəlib. Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son illərdə Rusiya gəmilərinin Birləşmiş Krallıq yaxınlığında fəaliyyəti 30% artıb. Yeni saziş Arktikada dənizaltı kabel və boru kəmərləri kimi kritik infrastrukturu qorumağa yönəlib.
Böyük Britaniyanın Baş naziri Keyr Starmer bildirib:
“Dərin qlobal qeyri-sabitliyin mövcud olduğu, sularımızda daha çox Rusiya gəmisinin göründüyü bir vaxtda biz milli təhlükəsizliyimizi qorumaq üçün beynəlxalq tərəfdaşlarımızla işləməliyik. Norveçlə bu tarixi razılaşma sərhədlərimizi və ölkələrimizin asılı olduğu kritik infrastrukturu qorumaq qabiliyyətimizi gücləndirir.”
