2025-ci ilin yanvar–noyabr aylarında məcburi sosial sığorta haqları üzrə daxilolmalar 5,73 milyard manatı ötüb

Azərbaycan.media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvar–noyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,7 % və ya 601,3 milyon manat artım deməkdir.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 3 milyard 832,2 milyon manat olub ki, bu da 12,3 % artım deməkdir.

Digər göstəricilər belədir:

İşsizlikdən sığorta haqları: 203,0 milyon manat (10,4 % artım)

Qeyri-büdcə təşkilatları üzrə: 155,0 milyon manat (11,4 % artım)

İcbari tibbi sığorta haqları: 1 milyard 6,3 milyon manat (10,1 % artım)

Qeyri-büdcə təşkilatları üzrə: 713,7 milyon manat (9,6 % artım)

Məlumatda qeyd olunur ki, bütün göstəricilər sosial sığorta sisteminin davamlı gəlirlərinin təmin edildiyini və ötən illə müqayisədə əhəmiyyətli artım olduğunu göstərir.