Mərdəkanda 4 dekabrda elektrik enerjisində fasilə olacaq

Azərbaycan.media xəbər verir ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Mərdəkan qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaradacağını açıqlayıb.

Bildirilir ki, 4 dekabr tarixində saat 09:00-dan 15:00-dək 28 May küçəsinin bir hissəsində elektrik enerjisi verilməyəcək.

Məlumatda qeyd olunub: “Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.”