Azərbaycan.media xəbər verir ki, Azərbaycanda marketlərdə 0,5 litrlik butulkalarda satılan içməli suyun qiymətində artım müşahidə olunub.
Məlumata görə, əvvəl 0,60 qəpiyə satılan Badamlı mineral su və Sirab mineral su məhsulları hazırda 0,70–0,75 qəpik aralığında təklif edilir.
Bundan başqa, Bonaqua markalı suyun da qiymətində artım qeydə alınıb. Bildirilib ki, 0,5 litrlik butulkaların qiyməti 0,10 qəpik artaraq 0,50 qəpiyə yüksəlib.
