Azərbaycan.media xəbər verir ki, Madrid şəhərində yaşayan azərbaycanlı gənc Səbuhi Qasımov vəfat edib.
Məlumata görə, bir neçə ildir İspaniyada yaşayan Səbuhi Qasımov ağır xəstəlikdən əziyyət çəkib. Dostlarının bildirdiyinə əsasən, o, son aylarda səhhətində yaranan ciddi problemlər səbəbindən həyatını itirib.
Qeyd edək ki, S.Qasımov Polşa və İspaniyada müxtəlif beynəlxalq maliyyə təşkilatlarında fəaliyyət göstərib.
Onun 2 yaşlı qızı yadigar qalıb.
