Azərbaycan.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynada davam edən müharibənin 1536-cı günü üzrə Ukrayna ordusunun itkilərinə dair yenilənmiş məlumat yayıb.
Məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlayıb.
Bildirilib ki, “xüsusi hərbi əməliyyat” başlayandan bu günədək Ukrayna ordusuna məxsus 671 təyyarə, 284 helikopter, 144 746 pilotsuz uçuş aparatı, 659 zenit-raket kompleksi, 29 236 tank və digər zirehli texnika, 1 717 reaktiv yaylım atəş sistemi, 34 844 artilleriya qurğusu və minaatan, həmçinin 61 180 xüsusi hərbi avtomobil texnikası məhv edilib.
Qeyd edək ki, tərəflərin açıqladığı hərbi itkilərlə bağlı məlumatları müstəqil mənbələr vasitəsilə operativ şəkildə təsdiqləmək əksər hallarda mümkün olmur.
