Azərbaycan.media xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümü münasibətilə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin liderlərinə təbrik məktubu göndərib.
Belarus liderinin mətbuat xidmətinin yaydığı məlumata görə, təbrik məktubları Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, Gürcüstan Prezidenti Mixail Kavelaşvili, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və ölkənin birinci prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti İmaməli Rəhman, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Slovakiyanın Baş naziri Robert Fitso, eləcə də Moldova və Ukrayna xalqlarına ünvanlanıb.
Aleksandr Lukaşenko müraciətində bildirib ki, 9 May – Qələbə Günü sovet xalqlarının taleyinə əbədi həkk olunub və illər keçsə də, həmin qəhrəmanların şücaəti unudulmur.
Belarus Prezidenti həmçinin vurğulayıb ki, müharibənin ağır sınaqlarından keçən xalqlar arasında formalaşan dostluq münasibətləri bu gün də mehriban qonşuluq əlaqələrinin möhkəmlənməsi və əməkdaşlığın genişlənməsi üçün etibarlı əsas olaraq qalır.
