🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xalq artisti Brilliant Dadaşova: “İndi estrada musiqisi deyilən anlayış zəifləyib”

Azərbaycan.media xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova Azərbaycan estradasının hazırkı vəziyyətindən danışaraq tənqidi fikirlər səsləndirib.
Sənətçi “Xəzər axşamı” verilişində çıxışı zamanı bildirib ki, bugünkü mənzərəni əvvəlcədən bilsəydi, bəlkə də müğənni olmağı seçməzdi:
“İndi düşünürəm ki, estradanın bugünkü vəziyyətini bilsəydim, müğənni olmazdım. Gedib həkim olardım. Bugünkü estradanın vəziyyətindən xoşum gəlmir. Mən o vaxt səhnəyə çıxanda yeni bir səhifə açmalı idim. Çünki səhnədə Şövkət Ələkbərova, Rəşid Behbudov, Flora Kərimova, Sara Qədimova, Elmira Rəhimova, İlhamə Quliyeva kimi sənətçilər var idi. Hər oxuduğum mahnıda düşünürdüm ki, ekran qarşısında akademiklər, professorlar, konservatoriyalar yaradan insanlar var. Hər səhnəyə çıxanda estrada musiqisini çox yüksək səviyyədə ifa etməli idim. İndi isə estrada musiqisi deyilən bir şey yoxdur”, – deyə Xalq artisti vurğulayıb.