Azərbaycan.media xəbər verir ki, mayın 9-u saat 10:00-a olan məlumata əsasən, mayın 8-də ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi ərazilərdə yağıntılar intensiv xarakter daşıyıb.
Şahdağ, Xınalıq və Qrızda (Quba) arabir qar müşahidə olunub.
Ən çox yağıntı Göyçayda qeydə alınıb – 15 mm. Xaltan (Quba) və Şəkidə (Kişçay) 10 mm, Qəbələdə 9 mm, Beyləqan və Oğuzda 8 mm, İsmayıllıda 7 mm, Gədəbəydə 6 mm yağıntı düşüb.
Bundan başqa, Qobustan, Göygöl, Ağstafa, Daşkəsən, Zərdab və Şahbuzda 3 mm, Lerik, Yardımlı, Ağdam, Xızı və Qaxın Sarıbaş kəndində 2 mm, Goranboy, Cəbrayıl, Bərdə, Yevlax, Şabran, Şirvan, Kürdəmir, Qusar, Tovuz, Şamaxı və Ordubadda isə 1 mm-dək yağıntı qeydə alınıb.
Məlumata görə, mayın 8-də Ağstafa rayonunun Köhnəqışlaq kəndinə xırda ölçülü dolu da düşüb.
