🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

300 bal toplayan Nərgiz təhsil almaq istədiyi universiteti açıqlayıb

Azərbaycan.media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirdiyi buraxılış imtahanının nəticələrinə əsasən, ölkə üzrə 8 nəfər maksimum nəticə – 300 bal toplayıb.
Maksimum nəticə göstərən şagirdlərdən biri Bakı şəhəri 103 nömrəli məktəbin şagirdi İsmayılzadə Nərgizdir.
Nərgiz Trend-ə açıqlamasında bildirib ki, nəticəni atasından öyrənib:
“Onun sevinc dolu səsini eşidəndə başa düşdüm ki, ölkə birincilərindən olmuşam. Çox sevindim və həyəcanlandım. Ölkə birincilərindən olmaq çox gözəl hissdir”.
O qeyd edib ki, imtahan sualları ümumilikdə çətin olmayıb. Şagirdin sözlərinə görə, onun üçün ən rahat fənn ingilis dili olub.
İsmayılzadə Nərgiz gələcəkdə tibb sahəsində təhsil almağı planlaşdırdığını deyib:
“4-cü ixtisas qrupu üzrə hazırlaşıram. Xüsusilə cərrah olmaq istəyirəm. Hazırda əsas məqsədim Qarabağ Universitetində təhsil almaqdır”.
Nərgiz imtahana hazırlaşan şagirdlərə də tövsiyə verib: