Azərbaycan.media xəbər verir ki, tanınmış ictimai xadim və kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Mirsahib Zəkiyev 5–8 may tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi – “Caspian Agro Week” və “Inter Food Azerbaijan” – Qida Sənayesi sərgisində iştirak edib.
Dörd gün davam edən mötəbər beynəlxalq tədbir kənd təsərrüfatı, aqrar sənaye, qida istehsalı və innovativ texnologiyalar sahəsində dünyanın müxtəlif ölkələrinin qabaqcıl şirkətlərini və mütəxəssislərini bir araya gətirib. Sərgidə Qərbi Avropanın aparıcı dövlətləri olan Fransa, Almaniya, İtaliya və Polşa ilə yanaşı, Türkiyə, Çin X…
[10:50, 10.05.2026] azerbaycan.media: “Caspian Agro Week” və “Inter Food Azerbaijan” sərgiləri kənd təsərrüfatı və qida sənayesində yeni imkanları nümayiş etdirdi
Azərbaycan.media xəbər verir ki, tanınmış ictimai xadim və kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Mirsahib Zəkiyev 5–8 may tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi – “Caspian Agro Week” və “Inter Food Azerbaijan” – Qida Sənayesi sərgisində iştirak edib.
Dörd gün davam edən mötəbər beynəlxalq tədbir kənd təsərrüfatı, aqrar sənaye, qida istehsalı və innovativ texnologiyalar sahəsində dünyanın müxtəlif ölkələrinin qabaqcıl şirkətlərini və mütəxəssislərini bir araya gətirib. Sərgidə Qərbi Avropanın aparıcı dövlətləri olan Fransa, Almaniya, İtaliya və Polşa ilə yanaşı, Türkiyə, Çin Xalq Respublikası, Hindistan Respublikası, Orta Asiya ölkələri, MDB məkanının dövlətləri, xüsusilə Rusiya və Belarus geniş pavilyonlarla təmsil olunublar.
Sərgidə nümayiş etdirilən müasir kənd təsərrüfatı texnikaları, yüksək məhsuldarlığa malik aqreqatlar, innovativ texnologiyalar və süni intellekt əsasında hazırlanmış yeni sistemlər iştirakçıların xüsusi marağına səbəb olub. Aqrar sahədə rəqəmsal idarəetmə, ağıllı suvarma sistemləri, məhsuldarlığın artırılmasına xidmət edən texnoloji yeniliklər, həmçinin ekoloji cəhətdən təmiz istehsal modelləri tədbirin əsas diqqət mərkəzində yer alıb.
Bununla yanaşı, kimya sənayesinə aid məhsullar, kənd təsərrüfatında istifadə olunan müasir gübrə və dərman vasitələri, ərzaq sənayesi məhsulları, həmçinin diri damazlıq iribuynuzlu və xırdabuynuzlu heyvanların nümayişi sərginin ən maraqlı bölmələrindən biri olub. Müxtəlif ölkələrin istehsalçıları öz təcrübələrini və innovativ yanaşmalarını iştirakçılarla bölüşərək beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Sərgidə Azərbaycanın iri aqrobiznes strukturları, kənd təsərrüfatı və qida sənayesi müəssisələri, elmi-tədqiqat institutlarının istehsalat bölmələri də geniş şəkildə təmsil olunub. Yerli istehsalçılar ölkəmizdə yetişdirilən meyvə-tərəvəz məhsulları, dənli və taxıl bitkiləri, ekoloji təmiz ərzaq məhsulları və digər kənd təsərrüfatı məhsullarını nümayiş etdiriblər. Bu isə Azərbaycanın aqrar sektorunun inkişaf potensialını və ixrac imkanlarını bir daha nümayiş etdirib.
Eyni zamanda, respublikamızın maşınqayırma sənayesinin istehsal etdiyi müxtəlif təyinatlı məhsullar, kənd təsərrüfatı texnikaları və mexanizmlər də sərgidə geniş çeşiddə təqdim olunub. Yerli müəssisələrin istehsal etdiyi müasir texnikalar kənd təsərrüfatında məhsuldarlığın artırılması və əməyin yüngülləşdirilməsi baxımından böyük maraq doğurub.
Tədbirdə dövlət və hökumət nümayəndələri, nazirlər, komitə sədrləri, iri şirkətlərin rəhbərləri, xarici ölkələrin rəsmi nümayəndələri, respublikanın müxtəlif bölgələrindən olan tanınmış fermerlər, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayonlardan gələn fermer təsərrüfatlarının rəhbərləri də sərgidə fəal iştirak edərək yeni texnologiyalar və innovativ yanaşmalarla yaxından tanış olmaq imkanı əldə ediblər.
Mirsahib Zəkiyev bildirib ki, bu cür beynəlxalq sərgilər kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsinin genişlənməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və müasir texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, sərgidə nümayiş olunan innovativ həllər Azərbaycanın aqrar sektorunun gələcək inkişafına mühüm töhfələr verə bilər.


Mənbə: Azərbaycan.media
