ABŞ İranın Shahed-136 dronundan ilhamlanmış ucuz zərbə PUA-larını yerləşdirməyə başlayıb

Azərbaycan.media xəbər verir ki, Pentaqon İran istehsalı Shahed-136 modelindən ilhamlanaraq hazırlanmış ucuz zərbə dronlarının yerləşdirilməsinə start verib.

 ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “Task Force Scorpion Strike” adlı yeni operativ qrup yaradıb.

Bildirilir ki, qrupun istifadəsində olan kiçik pilotsuz uçuş aparatları Shahed-136 dronunun “reverse engineering” – texnologiyanın sökülüb yenidən qurulması – üsulu ilə hazırlanıb.

İranın Shahed-136 dronu təxminən 35 min dollara başa gəlir. Müqayisə üçün, ABŞ istehsalı MQ-9 Reaper döyüş dronunun qiyməti 30 milyon dollara qədər yüksəlir.