Əngəlləri aşan fərqlilər” – İnklüziv Konsert Proqramı

 

Azərbaycan.media xəbər verir ki, Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Əngəlləri aşan fərqlilər” adlı xüsusi konsert proqramı Nazilə xanımın təşəbbüsü ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında gerçəkləşib. Tədbir fiziki imkanları fərqli olan insanların istedadını, ruhunu və cəmiyyətə verdiyi dəyəri səhnəyə daşıyaraq inklüzivlik və bərabərlik mövzusunu ön plana çıxarıb.

Konsert 3 dekabr – Beynəlxalq Əlillər Günündən bir gün əvvəl, 2 dekabr tarixində baş tutub. Musiqi, rəqs və jest dili ilə zənginləşdirilmiş proqram fiziki və emosional baryerləri aşaraq insan ruhunun gücünü təntənə ilə nümayiş etdirib. Gecənin musiqi ovqatına gənc istedadlı musiqiçi Hüseyn Məlikzadə də öz töhfəsini verib.

Rəsmi dəstək və təşkilatçılar:

Rəsmi dəstək: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Təşkilatçı: ÜMİD VAR – Sabaha ümidlə bax | Uşaqların Xoşbəxt Gələcəyi

Tərəfdaşlar: WB Brands, FARAH İB, Uşaqların Gələcəyi

 

 

Mənbə: Azərbaycan.media