Azərbaycan.media xəbər verir ki, dekabrın 4-də Bakıda və Abşeron yarımadasında gecə və axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Xidmət bildirir ki, sabah hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə çiskinli olması mümkündür. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq, atmosfer təzyiqi 771 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 65-75 % təşkil edəcək.
Rayonlarda isə bəzi yerlərdə fasilələrlə yağıntılı hava, ayrı-ayrı ərazilərdə qısamüddətli intensiv yağıntı və dağlıq bölgələrdə qar ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz isə 5-10 dərəcə isti olacaq.
