Azərbaycan.media xəbər verir ki, noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.
Yeni Klinikadan bildirilib ki, xəstə Reanimasiya şöbəsində müalicəsini davam etdirir və hazırda vəziyyəti ağır stabildir.
“Məlumat üçün bildiririk ki, xəstə koma vəziyyətindən çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıq və adekvatdır. Bununla belə, yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir”, – məlumatda qeyd olunub.
Xəstənin nəfəs alıb-vermə tərzinin hələ tam normallaşmadığı bildirilib və intensiv müayinə və müalicə tədbirləri planlı şəkildə davam etdirilir.
