Azərbaycan.media xəbər verir ki, dekabrın 3-də Masallı rayonunun Ərkivan qəsəbəsinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, qəsəbədə yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar olaraq Ərkivan qəsəbəsinin bir hissəsində, həmçinin Həsnəküçə, Abaslı, Miyondi, Qızlaküçə, Pələnküçə və Bağlaküçə məhəllələrini əhatə edən ərazidə qaz verilişi dayandırılacaq.
Qaz təchizatındakı fasilə ümumilikdə 1300-ə yaxın abonenti əhatə edəcək. İşlər saat 10:00-da başlanacaq və yekunlaşanadək qaz verilişinin bərpası mümkün olmayacaq.
Oxundu: 9
