Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana planlaşdırılan səfəri üzrə danışıqlar davam etdirilir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik brifinqdə açıqlama verib.
Nazirlik rəsmisinin sözlərinə görə, səfərin həyata keçirilməsi prinsipcə razılaşdırılıb və hazırda tərəflər uyğun tarixin müəyyənləşdirilməsi üzərində işləyirlər.
“Hazırda səfərin dəqiq vaxtının müəyyən edilməsi ilə bağlı diplomatik kanallar vasitəsilə məsləhətləşmələr aparılır və yaxın günlərdə tarix dəqiqləşəcək”, – İsmayıl Bəqai bildirib.
Oxundu: 12
