Azərbaycan.media xəbər verir ki, Bakının Maştağa qəsəbəsində qeydə alınan yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Noyabrın 29-u saat 21 radələrində sürücü Zakir Musayev Sabunçu rayonu, Maştağa şosesində “Toyota Prius” markalı avtomobili ilə hərəkətdə olarkən 50 yaşlı piyada Elşən Əskərovu vurub.
Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxundu: 8
