Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkədə xarici vətəndaşların sığınacaq müraciətlərinin qəbulunun bərpa olunmasının yaxın vaxtlarda gözlənilmədiyini bildirib.
Tramp noyabrın 30-da jurnalistlərin suallarını cavablandırarkən prosesin “uzun müddət” dayandırıla biləcəyini vurğulayıb:
“Uzun müddət. Biz bu insanları istəmirik, onsuz da kifayət qədər problemimiz var. Bilirsiniz niyə istəmirik? Çünki onların çoxu pis insanlardır. Onlar bizim ölkəmizə aid deyillər, buranın yeri deyil”.
Xatırladaq ki, noyabrın 28-də ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) xarici vətəndaşlar üçün sığınacaq müraciətlərinin qəbulunu rəsmi olaraq dayandırıb.
