🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Neft Fondunun ehtiyatları Azərbaycanın makroiqtisadi sabitliyinin əsas dayaqlarındandır

Azərbaycan.media xəbər verir ki, Dövlət Neft Fondu ölkənin makroiqtisadi sabitliyinin təmin olunmasında mühüm rol oynayır. Bu barədə iqtisadçı ekspert Xalid Kərimli 525.az-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, Fondun formalaşdırdığı böyük həcmdə ehtiyatlar Azərbaycan iqtisadiyyatının sabitliyinin əsas sütunlarından biridir. Neft sektorundan daxilolmaların azaldığı hallarda belə, məhz bu ehtiyatlar sayəsində valyuta bazarında stabillik qorunur:

“Bu gün Fondun vəsaitləri hesabına iqtisadi tarazlıq saxlanılır. İqtisadiyyatın davamlı inkişafının təmin olunması üçün əlavə dəstək mexanizmi formalaşır. Bu, xüsusilə qlobal iqtisadi qeyri-müəyyənliyin artdığı dövrlərdə ölkə üçün mühüm əhəmiyyət kəsb edir”, – Xalid Kərimli vurğulayıb.