Azərbaycan.media xəbər verir ki, Hesablama Palatası 2023-cü il İş Planına uyğun olaraq Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ Turizm Mərkəzi” QSC-də nəzarət tədbiri həyata keçirib.
Palatadan Report-a bildirilib ki, ictimaiyyət bu audit və digər cari il və əvvəlki illərdə aparılmış nəzarət tədbirlərinin siyahısı və nəticələri barədə müvafiq rəsmi mənbələr vasitəsilə məlumat əldə edə bilər.
